Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şərq rəssamlıq ənənələrinin davamçısıŞərq rəssamlıq ənənələrinin davamçısı

16.05.2025

Mayın 16-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyi münasibətilə “Şərq rəssamlıq ənənələrinin davamçısı” adlı tədbir keçirilib.

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Rəsm dərnəyində baş tutub.

Kitabxana əməkdaşları kiçik rəssamlar üçün Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı, onun Şərq miniatür sənətindəki rolu barədə məlumat veriblər.

Daha sonra dərnəyin üzvləri müxtəlif mövzularda çəkdikləri rəsm əsərlərini tədbir iştirakçılarına nümayiş etdiriblər