15.05.2025
Mayın 15-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektoru ilə birgə "Konstitusiya və Suverenlik ili"çərçivəsində"Zəfərin yolu ilə" adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyunda Zəfər, Şahin, Aysberq, Ultra komandaları yarışıblar. Gərgin və maraqlı keçən yarışın sonunda Aysberq komandası I, Ultra komandası II Zəfər"komandası isə III yeri tutublar. Qaliblər diplomlarla mükafatlandırılıb.