Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadliq fədaisi

19.05.2025

Mayın 19-da Yardımlı rayon Mərkəzi Kitabxanasında Xalq şairi, nasir, publisist, dövlət xadimi Sabir Rüstəmxanlının doğum günü ilə əlaqədar “Azadliq fədaisi” başlıqlı ədəbi-bədii, musiqli tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yaradıcı ziyalılar, təhsil və mədəniyyət işçiləri, peşə məktəbinin və Yardımlı şəhər bir saylı tam orta məktəbinin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın əməkdaşı Gündüz Manafov tədbiri açaraq Xalq şairi haqqında öz ürək sözlərini söyləyib, onu ad günü münasibəti ilə təbrik edib.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ayaz Əliyev şairin həyat və yaradıcılığı haqqında məruzə edib. Məruzədə qeyd edilib ki, Sabir Rüstəmxanlı Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrinin, həmçinin ümumən əhatəli oxucu dairəsinin diqqət mərkəzində dayanıb. Milli şüurun, vətəndaşlıq poeziyası və publisistikasının, demokratik ictimai fikrin, yeni tipli ziyalı mədəniyyətinin dirçəlişi və təşəkkülü yollarındakı mücadilələrdə Sabir Rüstəmxanlının adı və imzası ardıcıl olaraq qabarıq şəkildə nəzərə çarpmışdır.

Sonra Yardımlı rayon Ağsaqqallar şurasının üzvü Zakir İmanov çıxışında şairin həyat yolu və yaradıcılıq uğurları barədə, müstəqillik yolunda bir vətəndaş kimi yorulmaz fəaliyyəti, ədəbi- bədii və siyasi fəaliyyəti barədə geniş məlumat verib.

Yerli yazarlardan Sakit İlkin, Qabil Əsgərov, Mehralı Mustafa, İqbal Nəhmət, Pənah Dumanoğlu, Mərdan Dadaşlı, Peşə məktəbin direktoru Ruslan Ataşlı şair haqqında fikirlərini, xatirələrini bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.

Tədbirdə şagirdlərin ifasında şairin şeirlərindən nümunələr səsləndirilib, şairin sözlərinə bəstələnmiş mahnılar xanəndə Canağa Hadiyev tərəfindən ifa edilib.

Sonda tədbir iştirakçıları Sabir Rüstəmxanlının əsərlərindən ibarət təşkil edilən sərgiyə baxış keçiriblər.