Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

20.05.2025

Mayın 20-də Astara Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbində Azərbaycan Respubliksında insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar “İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur” adlı tarix dərsi keçirilib.

Dərsə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məktəbin VIII sinif şagirdləri üçün “İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur” mövzusunda məruzə edib.

Məruzədən sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.