Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

21.05.2025

Mayın 21-də Astara Tarix-Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” ilə əlaqədar maarifləndirici tədbir keçirildi.

Tədbirdə Astara rayon Suparibağ kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsin icra edən Şahin Əliyev açaraq qeyd edib ki, İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir. Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncam ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və artıq 18 ildir ki, hər il qeyd olunur.

Sonra mövzü ilə bağlı muzeyin baş elmi-işçisi Vüsalə Xocaxanova məruzə edib.

Məruzə ətrafında çıxışlardan sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.