21.05.2025
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar mayın 21-də YAP Astara rayon təşkilatının və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə tədbir keçirilib.
Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları, C.Babayev adına şəhər 3 saylı, Ş.Qasımov adına şəhər 4 saylı tam, S.Nəsirov adına Seləkəran kənd, Marzəsə kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunun şahidi olarıq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Bu gün Azərbaycan dili dövlət səviyyəsində çıxış edir. Belə ki, 15 respublikanı özündə birləşdirən ittifaqın nəzdində dövlət dili səviyyəsində mübarizə aparmağın böyük cəsarət tələb etdiyi bir vaxtda Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dövlət dili Konstitusiyasının bir bəndinə daxil edildi. Azərbaycan ədəbi dilinin tərəqqi və çiçəklənmə dövrü olan XX yüzillikdə ədəbi dil məsələsi ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Ana dilim” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.