21.05.2025
Mayın 21-də Lerik Dövlət Rəsm Qalereyasında Malik Bağışov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi, gənc rəssam Zəhra Səfərovanın 28 may - Müstəqillik Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət fərdi sərgisini keçirilib.
Sərgidə müxtəlif mövzularda rəsm əsərləri çəkən məktəblinin vətənə, xalqa, dövlətə, orduya məhəbbəti əks olunmuşdur. Sərgidə Müstəqillik Günü ilə bağlı rəsmlər çoxluq təşkil edib. Gənc rəssam mənzərə janrında olan xüsusi əsərləri də sərgidə nümayiş olunub.
Sərgiyə rayon ictimaiyyətinin əmkdaşları, idarə, müəssisə təşkilat rəhbərləri, məktəblilər baxış keçirib.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.