Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqilliyin sütunu: Konstitusiya və Suverenlik

20.05.2025

Mayın 20-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqilliyin sütunu: Konstitusiya və Suverenlik” mövzusunda tarix dərsi keçirilib.

İ. Zülalov adına Masallı şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən dərsdə muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş mühazirə edib.

Yekunda şagirdləri muzeylə tanış edən ekskursovod Heyran Lələyeva regionun təbiəti, tarixi, tanınmış şəxsiyyətləri, şəhidləri haqqında ətraflı məlumat verərək onları maraqlandıran suallara cavab verib.