Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər tarixi

21.05.2025

Mayın 21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorun dəstəyi ilə R. Cəfərov adına Masallı şəhər 6 nömrəli tam orta məktəbində keçirilən tarix dərsində VII, VIII sinif şagirdləri iştirak edib.

Məktəbin direktoru Lətafət Zeynalova vətənin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad edilməsindən sonra tarix dərsini açıq elan edib.

Sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş mühazirə edib.

Daha sonra muzeyin əməkdaşı, qazi Talıb Qəzənfərli və Birinci Qarabağ və Vətən müharibəsi veteranı Camalləddin Məmmədov vətənin xidmətində olduqları vaxtda keçdikləri şərəfli döyüş yolundan və şahidi olduqları Qələbə sevincindən danışaraq şagirdlərə Vətəni, yurdu sevməyi tövsiyə ediblər.