Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Sülh naminə birləşək!” adlı rəsm müsabiqəsi keçirilib

22.05.2025

Mayın 22-də Cəlilabad şəhər Heydər Əliyev adına parkda Cəlilabad Dövlət Rəsm Qalerayasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Sülh naminə birləşək!" adlı rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, rayon İcra Hakimiyyətinin, Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad bölməsinin əməkdaşları iştirak edib.

Müsabiqədə l ,ll və lll yerləri tutanlar Lənkəran Astara Regional Gənclər və İdman İdarəsi və Qızıl Aypara Cəmiyyəti tərəfindən diplomla, fəal iştirakçılar isə sertifikatla təltif olunub.

Qeyd edək ki, tədbirin məqsədi uşaqların və gənclərin sülh, həmrəylik və dostluq anlayışlarını yaradıcı ifadə forması ilə rəsm vasitəsi ilə nümayiş etdirilməsinə şərait yaratmaqdır.