24.05.2025
Mayın 24-də Lənkəran Mərkəzi kitabxanasının və AYB Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə kitabxanada Azərbaycanın xalq şairi Rəsul Rzanın 115-ci ildönümü münasibətilə "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirilib.
Tədbirdə Bakı şəhərindən gələn qonaqlar, bölgə yazarları, kitabxana əməkdaşları, ziyalılar, aktyorlar, 10 saylı məktəbin şagirdləri iştirak ediblər.
Əvvəlcə xalq şairi Rəsul Rzanın keçdiyi həyat yolu barədə tədbir iştirakçılarına
məlumat verilib, video-rolik numayiş olunub.
Sonra şairin yaradıcılığı barədə
AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim Vaqif Yusiflinin geniş məruzəsi dinlənilib.
Çıxış edənlər R.Rzanın yaradıcılığı barədə düşüncələrini bölüşüblər.
Tanınmış aktrisa Aynur Əhmədova və məktəbli şagirdlər tərəfindən ifa olunan şeirlər, həmçinin R.Rzanın və N.Rəfibəylinin şeirlərinə bəstələnmiş mahnılar tədbirə xüsusi bir gözəllik qatıb.