Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Mərkəzi kitabxanasında kitab təqdimatı

24.05.2025

Mayın 24-də Astara rayon Mərkəzi kitabxanasında şair Şahid Mahmud oğlu Cövziyevin "Tanrı sovqatım" kitabının təqdimatı keçirilib.

Tədbirdə şair Şahid Astaralı,Tərəqqi medalı lauretı,şair Arif Əliyev,şair Firəngiz Ümid, Astara şairləri lahiyəsinin rəhbəri Surəddin Əliyev,Azərbaycan Rəssamlar İttifaqının üzvi Firudin Quliyev,ziyalı müəllim Əlihəsən Baxşıyev,şair Nəriman Azəri,Şahveren Cavadov,Arif Əliyev və rayon ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxananın

direktoru əvəzi Emil Baxşıyev açaraq bildirib ki, 20 mart 1969-cu ildə Astara şəhərində dünyaya göz açan Şahid Astaralı "Qızıl Qələm" Media mükafatçısıdır.Müəllifin "Vətən həsrəti" ilk kitabıdır. "Tanrı Sovqatım" kitabı oxucularla ikinci görüşüdür.

Bizdə kitabxana ailəsi olaraq bu kitabları oxuculara tanıtmağı özümüzə borc bilirik.

Sonra şair Tanrı sovqatım kitabını təqdim edərək bildirib ki,kitabda yazılan şeirlərimin əsas qayəsi vətənpərvərlik duyğularının bədii ovqatı,yurda bağlılığ,ailəyə sədaqət,milli dəyərlərə ehtiram bəhs edilir.İnanıram ki,oxucularla yeni görüşü olan "Tanrı sovqatım" kitabım da maraqla qarşılanacaq.

Çıxışlarda şair haqqında vurğulanıb ki, çağdaş poeziyamızın sənət, söz dünyasına rəng qatan,özünəməxsus ruhi, psixoloji motivi,insanın mənəvi aləminin gözəlliyini ortaya qoyan kəlmələri valehedicidir.

Yekunda məktəblilər "Tanrı sovqatım" kitabından "Ana", "Vətənimdir","Vətən boyda şəhidlər","Müəllim ömrü" şeirlərini səsləndiriblər.