Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları

22.05.2025

Mayın 22-də Lənkəran Mərkəzi Kitabxanasında İnsan hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Sütəmurdov kənd kitabxana filialının müdiri Nuranə Cəfərova Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları günü kimi qeyd edilməsinə dair Sərəncam imzalandığı və həmin tarixdən bu günədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Lənkəran şəhər sədr müavini Dostiyev Saleh insan hüquqları ilə bağlı geniş çıxış edib. Ardınca kitabxana əməkdaşları insan hüquqları, qadın hüquqları, uşaq hüquqları və təhsil hüquqları mövzusunda çıxışlar ediblər.

Lənkəran Mərkəzi Kitabxanasında həmçinin “18 iyun – İnsan Hüquqları Günü" adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Öz hüquqların uğrunda mübarizə apar" adlı metodiki vəsait nümayiş olunub.