Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımız haqqında nə bilirik

22.05.2025

Mayın 22-də Yardımlı rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqları aylığı” çərçivəsində “Hüquqlarımız haqqında nə bilirik” başlıqlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər üzrə şöbənin baş məsləhəçisi Firəddin Mirzəyev, Yardımlı rayon Peşə məktəbinin müəllim və şagird kollektivi, oxucular iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıblar.

İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar,yeniyetmələrə və gənclərə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifə və borclarını mükəmməl bilməyi tövsiyə ediblər.