Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May Müstəqillik Gününə həsr olunmuş Kitab sərgisi

23.05.2025

Lerik rayon Mərkəzi Kitabxana Sistemi Heydər Əliyev meydanında "28 May Müstəqillik Gününə həsr olunmuş Kitab sərgisi" keçirib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lerik rayon üzrə nümayəndəsi Müqəddəs Dənziyev, Lerik rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Hüseynov Hüseyn, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak edib.

Tədbirdə "Heydər Əliyev-102", "Şəhidlər ölməz, Vətən bölünməz", "Lerikli yazarlar","Maqsud İbrahimbəyov-90", "Bəxtiyar Vahabzadə-100", "Seyid Əzim Şirvani-190" mövzularında, digər yazıçı və şairlərin əsərləri və uşaq ədəbiyyatları nümayiş olunub.

Sərgi böyük əhali kütləsini özünə cəlb edib.