24.05.2025
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhəri Lənkəran Dövlət Dram Teatrında H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Kilimarası” kukla teatrının “Cırtdan” tamaşası, Bakı Uşaq və Gənclər Teatrının “Tamaşa” adlı monotamaşası nümayiş olunub.
“Cırtdan” tamaşasının rejissoru Rəşad Yaqubov, “Tamaşa” adlı monotamaşanın rejissoru isə Əməkdar artist İntiqam Soltandır.
Tədbirin əsas məqsədi teatrların cəmiyyətdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamasıdır.
Hər iki tamaşanın nümayişi maraqla qarşılanıb.