26.05.2025
Mayın 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində 28 may- Respublika Gününə həsr olunan tarix dərsi keçirilib.
“Bayrağım, Himnim, Dövlətim” mövzusunda keçirilən tarix dərsində Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbin şagirdləri iştirak edib.
Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsindən danışıb.. O, qeyd edib ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.
Yekunda şagirdlər muzeyə və qalereyaya ekskursiya edərək bölgənin tarixini özündə əks etdirən eksponatlar və rəsm əsərləri ilə tanış olaraq maraqlı məlumatlar əldə ediblər.