27.05.2025
Mayın 27-də Elşən Səfərov adına Çayrud kənd tam orta ümumtəhsil məktəbinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” və 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqillik və insan hüquqları: Tarixdən gələcəyə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Çayrud kənd tam orta məktəbinin Uşaq Birliyinin rəhbəri Nailə Qarayeva və Lerik Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərləri, insan hüquqlarının qorunması sahəsində görülən işlər, müasir Azərbaycanın hüquqi dövlət prinsipləri və Konstitusiyanın rolu geniş şəkildə izah olunub.
Tədbir çərçivəsində məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, müstəqillik və azadlıq ruhunu tərənnüm edən çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda interaktiv viktorina təşkil olunub. Şagirdlər insan hüquqları, Konstitusiya və müstəqilliklə bağlı sualları cavablandıraraq həm biliklərini sınayıb, həm də yeni məlumatlar əldə ediblər.