Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir

27.05.2025

Mayın 27-də Lerik rayon Mədəniyyət Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrimizin formalaşmasında rolu və bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat veriblər.

Sonra "Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatçısı Sübhan Seyfullayev tərəfindən vətənpərvərlik mövzusunda şeir səsləndirilib.

Yekunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.