27.05.2025
Mayın 27-də Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Cəlilabad rayon İcra Hakimiyyətinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Cəlilabad Dövlət Rəsm Qalereyasının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsnin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin, Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun, Cəlilabad Dövlət Rəsm Qalereyasının, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin kollektivi və gənclər iştirak edib.
Əvvəlcə Cəlilabad Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə hazırlanmış sərgiyə baxış keçirilib.
Dövlət himninin səsləndirilməsilə başlayan tədbir konsert proqramı ilə davam edib.