Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İki nəslin görüşü” layihəsinin ilk tədbiri

29.05.2025

Mayın 29-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Yardımlı şəhər 4 saylı orta məktəbin dəstəyi ilə məktəbdə "İki nəslin görüşü" layihəsinin ilk tədbiri keçirilib.

Tədbirdə mərkəzin əməkdaşları, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Anzov kənd orta məktəbinin direktor müavini, Azərbaycan-dili və Ədəbiyyatı müəllimi, şair Mərdan Dadaşlı, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirin mahiyyəti, layihənin məqsədi, konsepsiyası barədə iştirakçılara məlumat verilib.

Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev və Anzov kənd orta məktəbinin direktor müavini, Azərbaycan-dili və Ədəbiyyatı müəllimi, şair Mərdan Dadaşlı layihənin konsepsiyasına uyğun olaraq bu günkü uğurlarının sirri, təhsil və elm sahəsində göstərdikləri əzmkarlıq, bir fərdin şəxsiyyət olaraq yetişməsi, həqiqi vətəndaş olaraq formalaşması üçün lazım olan xüsusiyyətlər, həmçinin bu günkü gəncliyimizə yaradılan fürsət və imkanlar, Azərbaycan Respublikasının işıqlı gələcəyi naminə gəncliyimizin üzərinə düşən vəzifələr, gənclərdə vətənpərvərlik hissinin önəmi haqqında ətraflı məlumat veriblər. O cümlədən natiqlər bu tipli tədbirlərin gənclərimizin inkişafı naminə mühüm əhəmiyyət kəsb etdiyini, davamlı olmağının arzuolunan olduğunu vurğulayıblar.

Tədbirdə M.Dadaşlı müxtəlif şeirlərindən nümunələr də səsləndirib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.