Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

29.05.2025

Mayın 29-da Lerik rayon Mədəniyyət Mərkəzi və şəhid Namaz Muradov adına Günəşli kənd tam məktəbinin birgə təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində uşaqlar üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, məktəbin direktoru Cahid Hüseynov, pedoqoji heyyəti və şagirdlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev və məktəb direktoru Cahid Hüseynov əvvəlcə uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib və onlara xoş arzularını çatdırıblar.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı var. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Bu məsələyə Prezident İlham Əliyev cənabları xüsusi önəm verir. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Vurğulanıb ki, ölkəmizdə uşaq hüquqlarına xüsusi diqqət göstərilir, onların təhsil, sağlamlıq və inkişafı daim diqqət mərkəzində saxlanılır.

Sonra uşaqların zərərli vərdişlərdən qorunması barədə də, ətraflı danışılaraq, uşaqlara müvafi tövsiyyələr verilib.

Tədbir uşaqlarla qarşılıqlı sual-cavab formatında davam edib.

Qeyd edək ki, tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar keçirilib.