29.05.2025
Mayın 29-da Astara Tarix-Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində “Bərabərlik demokratiyanın ən vacib prinsipidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fuad Qasımov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsin icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Artıq 16 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan hüquqları aylığı” elan edilir. İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.
Sonra mövzü ilə bağlı muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə edib
Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib və şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.