Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cümhuriyyətin izi ilə

27.05.2025

Mayın 27-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş ”Cümhuriyyətin izi ilə" adlı tədbir keçirilib.

Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik edib. O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, xalqımızın dövlətçilik ənənələrindən və müstəqillik yolunda göstərilən mübarizədən bəhs edib. Bildirib ki, bu gün qazandığımız müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində daha da möhkəmlənib və əbədi xarakter alıb.

Daha sonra GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov çıxış edərək bildirib ki, gənclərin milli dəyərlərə, dövlətçilik irsinə sahib çıxması və bu ruhda formalaşması üçün belə tədbirlər mühüm rol oynayır. O qeyd edib ki, müstəqilliyin qorunması və inkişafı məhz bu günün gənclərinin əlindədir.

Tədbirdə çıxış edən gənclər Türkan Quliyeva və Rəsul Şükürov da 28 May – Müstəqillik Günü münasibətilə öz fikirlərini bölüşərək, bu tarixi günün gənclər üçün daşıdığı mənəvi dəyərdən söz açıblar. Onlar Azərbaycanın müstəqil, suveren dövlət kimi inkişafından, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.

Bayram tədbirində Lənkəran şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər. Uşaqların ifasında səslənən mahnılar və şeirlər tədbirə xüsusi rəng qatıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.