29.05.2025
Mayın 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri, gənclər, yeniyetmə və uşaqlar iştirak edib.
İlk olaraq vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması , ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən geniş danışıblar.
Bayram tədbirində “Viləş“ və “Şəkər bala “ uşaq bağçasının balaca fidanlarının ifasında maraqlı kompozisiyalar təqdim olunub, qalereyanın dərnək üzvləri isə mövzu ilə bağlı rəngarəng şəkillər çəkiblər.
Yekunda “Viləş” və “Şəkər bala” uşaq bağçasının kollektivi təşkilatçılar tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.