Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar bizim gələcəyimizdir

29.05.2025

Mayın 29-da Masallı rayon Mərkəzi Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Uşaqlar bizim gələcəyimizdir!" adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Günay Xəlilova uşaqları təbrik edib, bu günün yaranma tarixi haqqında danışıb. O, çıxışında dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan söz açıb.

Tədbirdə Masallı şəhər 3 və 4 saylı Körpələr evi-uşaq bağçalarının fidanlarının ifasında bir-birindən şən mahnılar oxunub, rəqslər ifa edilib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Tədbirin sonunda uşaqlara nağıl qəhrəmanlarından suallar verilib, hədiyyələr təqdim olunub.