29.05.2025
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran-Astara Regionla Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, təhsil, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə uşaqların hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov çıxış edərək tədbir iştirakçılarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib və gələcəyimiz olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra RİH başçısının birinci müavini Qalib Xudaverdiyev çıxış edərək uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıb. Qeyd edib ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Həmçinin azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir. Diqqətə çatdırıb ki, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.
Daha sonra Ümumilli Lider Heydər Əliyevin uşaqlar ilə görüşlərindən hazırlanmış videoçarx nümayiş olunub.
Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla izlənib.
Yekunda RİH başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran-Astara Regionla Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və digərləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.