Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim hüquqlarım,məni qoruyur

30.05.2025

Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində İnsan Hüquqları aylığı çərçivəsində "Mənim hüquqlarım, məni qoruyur" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Kitabxananın müdiri Gülüstan Dadaşova şagirdlərə Uşaq hüquqları barəsində məlumat verərək bildirib ki,Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilir.Dünyadakı bütün uşaqlar ın qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma,fiziki,psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqların hamısını birdən təminində istifadə edilən unversal anlayış Uşaq hüquqlarıdır.

Yekunda şagirdlər Uşaq şöbəsində olan hüquq təbliğat informasiya mərkəzinə baxış keçiriblər.