30.05.2025
Mayın 30-da Astara rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020~2025ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə əlaqədar "Uşaqların asudə vaxtının səmərəli təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxış edərək bildirib ki, rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirmək üçün əla məşğuliyyətdir. Uşaqlar rəsmlə məşğul olan zaman öz fantaziyalarını işə salaraq təxəyyüllərinin məhsulunu ortaya qoyurlar. Rəsm çəkmək onların bədii zövqünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir və bu məşğuliyyət zamanla istedada çevrilə bilir.
Tədbirdə rəssamlıq dərnəyinin şagirdləri rəsm bacarıq və istedadlarını nümayiş etdiriblər.