Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Rəhimov-125

30.05.2025

Mayın 30-da Astara rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı Süleyman Rəhimovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə M.Ə.Sabir adına şəhər 1, Kijəbə qəsəbə A.Hidayətov adına 2 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, böyük ədib və parlaq şəxsiyyət Süleyman Rəhimovun yüksək hiss və duyğular təlqin edən cild-cild əsərləri onu - Azərbaycan ədəbiyyatı tarixində ilk epopeyanın müəllifini yüzilliklər boyu yeni nəsillərə daima ehtiramla xatırladacaq.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.