Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

30.05.2025

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Malik Bağışov adına Lerik şəhər 3 nömrəli tam orta məktəbinin təşkilatçılığı və Mədəniyyət Mərkəzinin dəstəyi ilə tədbir keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lerik Rayon Təhsil Sektorunun müdiri, məktəbin direktoru, pedoqoji heyyəti, şagirdləri və şəhərin digər məktəblərində təhsil alan məktəblilər iştirak ediblər.

Çıxış edənlər qarşıdan gələn Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün şagirdləri təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlərin ifasında bir-birindən maraqlı səhnəciklər nümayiş olunub.