30.05.2025
Mayın 30-da Astara Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Hər uşaq bir çiçək” adlı tədbir keçirilib.
Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Sonra mövzü ilə bağlı muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə edərək, ölkəmizdə yaşayan bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edib onlara şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayıb.
Yekunda şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqslər təqdim olunub.