Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31.05.2025

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Astara rayon Mədəniyyət Mərkəzi və Astara rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə tədbir keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Astara rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Kamran Fərziyev,Təhsil Sektorunun müdiri Xədicə Əliyeva və rayonun məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

Çıxış edənlər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün şagirdləri təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlərin ifasında bir-birindən maraqlı səhnəciklər və musiqi nömrələri nümayiş olunub.