31.05.2025
Mayın 31-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında "Konstitusiya və Suverenlik İli" və
Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə elan olunan 18 may-18 iyun-“İnsan hüquqları aylığı” çərçivəsində Cəlilabad rayon Mərkəzi Kitabxanası ilə birgə “Hüquqlarımız haqqında nə bilirik” başlıqlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzin direktoru Ziya İsmayılov, Cəlilabad Şəhər Bələdiyyəsinin sədr müavini Elçin Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin rəhbəri Cavidan Rəşidov, Cəlilabad rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov, şəhid ailələri, qazilər, rayon ziyalıları və MKS-nin əməkdaşları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıblar. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar, yeniyetmələrə və gənclərə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifə və borclarını mükəmməl bilməyi tövsiyə ediblər.
Yekunda tədbir iştirakçıları da mövzu ilə bağlı çıxış ediblər.