Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uğura gedən yolun təməli

03.06.2025

İyunun 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Qurtuluş günü" münasibətilə "Uğura gedən yolun təməli" adlı tədbir keçirilib.

Tədbirdə Avun kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə tədbir iştirakçılarına əlamətdar günün tarixi, xalqımızın, millətimizin, dövlətçiliyimizin taleyində rolu, o cümlədən 90-cı illərin əvvəllərində ölkəmizin taleyini sarsıdan hadisələrdən, Azərbaycan xalqının bu hadisələrdən çıxış yolu kimi Ulu Öndərə müraciət etməsi və həqiqi müstəqillik tarixinin yazılmasından, həmin tarixdən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasından, orduya, təhsilə, mədəniyyətə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.

Sonra "İz" sənədli filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar, xatirə şəkilləri çəkilib.