Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayonunun 95 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

03.06.2025

İyinun 3-də Heydər Əliyev Mərkəzində Masallı rayonunun 95 illik yubileyi münasibətilə təşkil olunan intellektual yarış gənclər arasında böyük maraqla qarşılanıb və yarışda rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən 20 komanda iştirak edərək bilik və zəka mübarizəsinə qoşulub. Yarış müddətində komandalar arasında gərgin və maraqlı rəqabət yaşanıb

Nəticələrə əsasən Həsənli kənd tam orta məktəbi I, “Aristokratlar” komandası II, Öncəqala kənd tam orta məktəbi III yerə layiq görülüb.

Qalib komandalar diplomlar iştirakçı komandalara isə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, yarış Masallı Rayon İcra Hakimiyyəti, Masallı rayon Heydər Əliyev Mərkəzi ,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsi, Tarix-Diyarşünaslıq Muzeyi və Masallı rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.