03.06.2025
İyunun 3-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyin birgə əməkdaşlığı ilə muzeydə “Tariximizin şanlı Qurtuluş səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhid ailələri, qazi , müharibə veteranları, mədəniyyət işçiləri və gənclər iştirak edib.
İlk öncə Ulu öndər Heydər Əliyevin eləcədə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik edərək bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir.
Şəhid atası Teymur Hüseynov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Vətən müharibəsi iştirakçılarından “Qarabağ və 3-cü dərəcəli Rəşadət ordeni” ilə təltif olunmuş Nazim Cəfərzadə, qazi Talıb Qəzənfərli, veteran müəllim Firəngiz Niftiyeva və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışıblar.