03.06.2025
“18 may—18 iyun İnsan Hüquqları aylığı” çərçivəsində iyunun 3- də Astara rayon Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları, C.Babayev adına şəhər 3, Ş.Qasımov adına 4 saylə tam, S.Nəsirov adına Seləkəran kənd və Marzəsə kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaş kimi yetişə bilər.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Bizim hüquqlarımız”adlı qısa sənədli film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.