03.06.2025
İyunun 3-də Ombudsman Cənub Regional Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı çərçivəsində “Peşə təhsili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Z.Bünyadov adına şəhər 2, M.F.Axundov adına Pensər kənd 1saylı, N.Əliyev adına Maşxan kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, peşə təhsilinin rolu, nüfuzu Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq daha da artdı. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlandı.
Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edib.