02.06.2025
İyunun 2-də Lənkəran Mərkəzi Kitabxanasında “Qadın Savadsızlığı və Erkən Nikah” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirə “Qızlar Oxumasın” psixoloji romanının müəllifi, ailə məsləhətçisi və psixoloji araşdırmaçı Eldar İlqaroğlu iştirak edib.
Kitabxana əməkdaşları erkən nikahın cəmiyyətə təsiri, bu problemin səbəbləri və həlli yolları barədə fikirlərini iştirakçılarla bölüşüblər.
Sonra yazıçı Eldar İlqaroğlu qadın savadsızlığının sosial və psixoloji fəsadları barədə danışıb.
İştirakçılar mövzu ətrafında aktiv müzakirələr apararaq, fərqli perspektivlər təqdim ediblər.