02.06.2025
İyunun 2- də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında "Konstitusiya və Suverenlik İli" və ölkəmizdə elan olunan 18 may-18 iyun-“İnsan hüquqları aylığı” çərçivəsində "İnsan Hüquqları" adlı tədbir keçirilib.
Tədbirdə kitabxanaçı Şəfəq Məmmədova çıxışında bildirib ki, İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və hüquqlarını bilməlidirlər.
Yekunda məktəblilər də mövzu ilə bağlı çıxış ediblər.