04.06.2025
İyunun 4-də Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə "İnsan Hüquqları aylığı" çərçivəsində Lerik şəhər Malik Bağışov adına 3 nömrəli tam orta məktəbində "Hüquqlarımızı bilirikmi?" adlı kitab sərgisi keçirilib.
Sərgidə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mövzu ilə əlaqəli kitablar nümayiş olunub, kitabxananın əməkdaşları insan hüquqları haqqında məlumat verib və verilən sualları cavablandırıb.
Qeyd edək ki, sərginin təşkil olunmasında məqsəd insan hüquqlarının təbliğ olunması, insan hüquqları sahəsində mövcud olan biliklərin paylaşılmasıdır.