Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Narkomaniya və İnsan alveri” mövzusunda maarifləndirici görüş keçirilib

04.06.2025

İyunun 4-də Lerik Rayon Heydər Əliyev Mərkəzinin və V.Müslümov adına 2 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı, məktəblilərin iştirakı ilə "Narkomaniya və İnsan Alveri" mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş zamanı Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva narkomaniya və insan alveri barədə geniş məruzə ilə çıxış edərək, narkotik maddələrin istifadəsinin yaratdığı fəsadlar, insanın psixi və fiziki sağlamlığına vurduğu ziyan, eləcə də insan alverinin cəmiyyətə və fərdlərə təsirini ətraflı şəkildə izah edib.

Tədbir çərçivəsində insan alverinə dair maarifləndirici videoçarx nümayiş olunub. Videoçarxda insan alverinin formaları, qurbanların qarşılaşdığı çətinliklər və bu hallardan qorunmaq yolları əyani şəkildə göstərilib.

Tədbirin sonunda şagirdlərə belə hallarla rastlaşdıqda valideynlərə, müəllimlərə və hüquq-mühafizə orqanlarına müraciət etməyin vacibliyi bir daha vurğulanıb.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd şagirdləri bu kimi təhlükəli sosial problemlər haqqında məlumatlandırmaq və onların erkən yaşlardan düzgün istiqamətləndirərək təhlükələrdən qorumaqdır.