Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Qurban Bayramı münasibətilə kimsəsiz uşaqlar üçün ekskursiya təşkil olunub

07.06.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində yerləşən 2 nömrəli ailə tipli kiçik qrup evinin uşaqları üçün Qurban Bayramı münasibətilə təbiətin füsunkar guşələrindən biri olan Lənkəran Balıq gölünə ekskursiya təşkil olunub.

Tədbir çərçivəsində uşaqlar göl kənarında əylənərk, voleybol və futbol oynayıb, balıq tutmaqla maraqlı anlar yaşayıblar.Ekskursiya uşaqlar üçün həm əyləncəli, həm də unudulmaz xatirələrlə dolu bir günə çevrilib.

Qeyd edək ki, bayram günündə təşkil edilən ekskursiyanın əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlara bayram sevinci yaşatmaq, mənəvi dəstək göstərmək, diqqət və qayğını əsirgəməməkdir.