10.06.2025
İyunun 10-da Lerik rayon Mərkəzi Kitabxanasında Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə "İnsan Hüquqları aylığı" çərçivəsində "İnsan hüquqlarının müdafiəsi" adlı tədbir keçirilib.
Tədbirdə kitabxananın orta yaş oxucuları və kitabxananın əməkdaşları iştirak edib.
Oxuculara Xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin olundu, qanunçuluq və hüquq qaydaları möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başlamasından geniş bəhs edib.
Yekunda tədbir iştirakçıları da mövzu ilə bağlı çıxış ediblər.