Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin ixtisas və peşə seçimi

10.06.2025

Masallı rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərində “Məktəblilərin ixtisas və peşə seçimi” mövzusunda maarifləndirici təlim keçirilib.

İlk təlim Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı məktəbin şagirdləri ilə baş tutub.

Təlim zamanı şagirdlərə ixtisas və peşə seçimi haqqında danışılıb, gələcəyin sahələrindən söhbət açılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, məktəblilərlə görüşlər davam edir.