10.06.2025
Masallı rayon Heydər Əliyev Mərkəzi,Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva gəncləri salamlayaraq bildirib ki,
Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir". Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi.
Sonda müzakirə formatında keçən tədbirdə gənclərlə fəal fikir mübadiləsi aparılıb.