12.06.2025
İyunun 12-də MİHİ Masallı rayon komitəsi, Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı rayon nümayəndəliyinin birgə əməkdaşlığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib.
Muzeydə keçirilən “Xalqa və dövlətə xidmət amalı” adlı dəyirmi masada təşkilatçı müəssisələrin əməkdaşları və gənclər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətindən geniş məlumat verərək qeyd edib ki, Milli Qurtuluş Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.
Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi Azərbaycan dövlətçiliyinin mühafizləri kimi dövlətçiliyimizi sevirik, tariximizi sevirik və onu böyük ehtiramla öyrənirik.
Tarixi günlər haqqında bilgilərimiz də bizim vətəndaş kimi formalaşmağımızda müstəsna rol oynayır.