13.06.2025
İyunun 13-də Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə Lerik şəhər Malik Bağışov adına 3 nömrəli tam orta məktəbində "İnsan hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı bilək!" adlı tədbir keçirilib.
Tədbirdə məktəbin IX sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Adilə Bayramova şagirdlərə insan hüquqları haqqında, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının vacibliyindən bəhs edib.
Qeyd edək ki, tədbirin məqsədi şagirdlərə insan hüquqları haqqında əsas bilikləri aşılamaq, onların hüquq və vəzifələri barədə məlumatlandırmaqdır.