Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları: bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət

17.06.2025

İyunun 17-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: bərabərlik,ləyaqət,hörmət,azadlıq və ədalət”mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva hər il iyunun 18-də Azərbaycanda İnsan Hüquqları Gününün qeyd olunduğunu gənclərin diqqətinə çatdırıb. Bu gün insan hüquqlarına verilən ali dəyərin, vətəndaşların hüquq və azadlıqlarına hörmətin, onların müdafiəsinin və dəstəyinin simvoludur. D. İbayeva bildirib ki, İnsan hüquqları – sadəcə hüquqlar deyil, həm də bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət prinsiplərinə sadiqliyin ifadəsidir. Hər bir fərd ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı və təhsil kimi fundamental hüquqlara sahibdir. Bu hüquqlar bütün insanlara bərabər şəkildə aiddir, onların heç biri bölünməz və alına bilməz.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda əsaslı şəkildə təsbit olunmuşdur. Konstitusiyamızın üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu sənəd ölkəmizdə hüquqi və demokratik sistemin möhkəmlənməsində bünövrə rolunu oynayır.